Medvedev Abramyanla Qarabağı müzakirə edəcək

11-07-2014, 11:53
Oxunub: 699


Rusiyanın baş naziri Dmitri Medvedev Soçi şəhərində ermənistanlı həmkarı Ovik Abramyanla iqtisadiyyat, investisya, sənaye, energetika, infrastruktura və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Bu barədə Etatist.com azvision.az saytına istinadən xəbər verir ki, hökumət rəsmiləri Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Avrasiya İttifaqına inteqrasiya məsələlərini də müzakirə edəcəklər.

Məlumata əsasən, baş nazirlə yanaşı Soçiyə baş nazirin müavini, ərazilərin idarə olunması üzrə nazir Armen Qevorqyan, maliyyə, energetika, səhiyyə nazirləri, o cümlədn Ermənistan Miqrasiya Xidmətinin rəhbəri də gedəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti