Ramil Usubov polis rəislərini nazirliyə toplayıb

11-07-2014, 11:47
Oxunub: 804


Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

APA-nın məlumatına görə, bu gün respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə də bağlı müzakirələr aparılacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti