İŞİD Suriyada parad keçirdi

5-07-2014, 10:41
Oxunub: 1131
İraq ordusundan ələ keçirdiyi silahları İŞİD-in sürətlə Suriya ərazisinə daşıdığı qeyd olunur


İŞİD İraqda ələ keçirdiyi qənimət silahları və texnikanı Suriyada tutduğu ərazilərdə nümayiş etdirib.

Terrorçular Rəqqa şəhərində "hərbi parad" təşkil edib. Silahların arasında uzaq mənzilli bir "Skat" raketinin də olduğu bildirilir. Suriyada fəaliyyət göstərən İŞİD fəallarından əbu-Bəra adlı təşkilat üzvü bu silahlarla işğal etdikləri əraziləri daha da genişləndirəcəklərini iddia edib. İraq ordusundan ələ keçirdiyi silahları İŞİD-in sürətlə Suriya ərazisinə daşıdığı qeyd olunur.

Buna görə də terrorçu təşkilat Suriya-İraq sərhədindəki bütün məntəqələri ələ keçirməkdə israrlıdır. APA TV-nin Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bir müddətdir silahlı qarşıdurmaların davam etdiyi və ciddi lider boşluğu yaşanan İraqda Mosul, Tiqrit, Bakuba və Telafer kimi şəhərlərin İŞİD-in nəzarətinə keçməsi nəticəsində öz yurd-yuvasından köç etmək məcburiyyətində qalan iraqlıların,özəlliklə türkmənlərin sayının milyonu keçdiyi vurğulanır. İraq və Suriya ərazilərində İŞİD-ə qarşı havadan zərbələrin endirildiyi də qeyd olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti