Hərbi xidmətə hazırlıq gücləndiriləcək

10-01-2013, 16:23
Oxunub: 1363


Azərbaycanda yeniyetmələr üçün Hərbiyə hazırlıq standartları üzrə xüsusi Dövlət Proqramı qəbul oluna bilər.

Etatist.com-un APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Milli Məclisin yaz sessiyasında müzakirələrin aparılması gözlənilir.

 

Proqramın hazırlanması ilə əlaqədar təkliflər əsasında müvafiq qanun layihələrində dəyişikliklər də edilə bilər.

 

Proqramın məqsədi yeniyetmələr arasında hərbi xidmətə hazırlığın gücləndirilməsidir. Buraya silahla davranış qaydaları, əsgəri nizam-intizam, Hərbi Nizamnamə ilə ibtidai tanışlıq və s. məsələlər daxildir.

 

Qeyd edək ki, belə bir proqram Rusiyada qəbul olunub.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti