Vəzifəli şəxs həbs olundu

10-01-2013, 13:58
Oxunub: 5838


İmişli rayonunda Saatlı şəhər bələdiyyəsinin əməkdaşı tutulub. Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, Saatlı rayon sakini, 1959-cu il təvəllüdlü Nəsirov Nəsir Heydər oğlu özünü Heydər Nəsirov kimi təqdim edib və İmişli rayonunun Qızılkənd kənd sakini Salahov Rasim Tapdıq oğlundan onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gələrək, 400 manatını alıb. İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Saatlı şəhər bələdiyyəsində vergi agenti işləyən Nəsir Nəsirov tutulub.

Qeyd edək ki, onun şantaj etdiyi R.Salahov həkimdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti