Kremlin qarşısında ekstremist yazılar

10-01-2013, 12:50
Oxunub: 1171


Moskvada Kremlin qarşısında xoşagəlməz plakat asılıb.

Lent.az-ın "İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, plakatı naməlum şəxs Böyük daş körpüdə asıb. Moskva polisinin yaydığı məlumatda qeyd edilib ki, körpünün üzərində ekstremist yazıların və simvolların yer aldığı 10x15 metr ölçüdə asılmış banner aşkarlanıb. Banneri ilk dəfə internet-portalların birinin müxbiri görüb və bu barədə polisə məlumat verib. Hadisə yerinə gələn polis Kremlin düz bir addımlığında asılmış plakatı görüncə şoka düşüblər.

Hazırda polis araşdırma aparır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti