Rusiyada nasistlər həbs olundular

30-06-2014, 11:22
Oxunub: 595


Rusiyada nasizmi təbliğ edən "Restrukt" hərəkətinin fəalları 37 yaşlı Azərbaycan vətəndaşı Zaur Alışovun qətlində şübhəli bilinərək həbs olunublar.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 28-də paytaxın "İzmaylovo" mehmanxanasında xüsusi təyinatlı polis dəstəsinin (OMON) keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət aləmində "Tesak" ləqəbi ilə tanınan, "Resktrukt" hərəkatının lideri Maksim Martsinkeviçin tərəfdarları yaxalanıblar. Əməliyyat zamanı 12 nəfər saxlanılaraq qətl işi üzrə dindirilmək üçün idarəyə aparılıb. Qeyd edək ki, bir həftə əvvəl hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşı Zaur Alışovun ölümündə şübhəli bilinən üç tələbənin həbs olunması barədə məlumat yayıb. Məlumatda Z. Alışovun ölümünə səbəb olan digər şəxslərin də axtarışının davam etdirildiyi bildirilib. İstintaqın versiyasına görə, 2014-cü ilin iyunun 2-də bir qrup şəxs Azərbaycan vətəndaşı Zaur Alışova bədən xəsarətləri yetirib. Nəticədə bir müddətdən sonra Z. Alışov xəstəxanada ölüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti