Zakir Həsənov xəstə əsgərləri ziyarət etdi

25-06-2014, 15:07
Oxunub: 653


İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Etatist.com nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra Müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.

Zakir Həsənov xəstə əsgərləri ziyarət etdi
Zakir Həsənov xəstə əsgərləri ziyarət etdi
Zakir Həsənov xəstə əsgərləri ziyarət etdi

 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti