Gənclər əsgər ölümün pislədi

9-01-2013, 20:19
Oxunub: 1134


Ümid partiyasının gənclər üzrə müavini Ruslan İzzətli Etatist.com-a açıqlama verib.

 

Ruslan İzzətli Abşeron rayonundan hərbi xidmətə çağrılan Ceyhun Qubatov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişməsməsini şərh edərkən bildirib ki: "Ekspertiza rəyində Ceyhun Qubatovun ölüm səbəbi kimi ürək çatışmamazlığı göstərilsə də, amma video və fotolardan görünür ki, mərhumun üzərində ciddi xəsarət izləri var. Ekspertiza rəyindən görmək olar ki, mərhum Ceyhun Qubatovun işi obyektiv araşdırılmır. Biz adiyyatı qurumlardan tələb edirik ki, istintaq prosesi obyektiv aparılsın. Son dönəmlər əsgər ölümünün sayının artması hərbi strukturların fəaliyyətində ciddi nöqsanların olduğu görünür. Xüsusilə ərazisi işğalda olan bir ölkənin hərbi birləşmələrində bu cür nöqsanların olması ciddi narahatlıq yardır. Bu gün gənclərin hərbi çağırışdan yayınmasına əsas ola bilər. Ölkənin rəhbərliyindən və adiyyatı qurumlardan tələb edirik ki, bu cür ciddi nöqsanların aradan qaldırılması üçün tədbirlər görülsün” 

Şərhlər : 1 Şərh yaz
suleyman 9 yanvar 2013 22:17  
allah rehmet elesin qardasimiza...yeri cennetlik olsun...bir genc kimi qardasimizin olum sebebin arasdirilmasini teleb edirik.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti