Putin İŞİD-ə qarşı hərəkətə keçdi

21-06-2014, 11:56
Oxunub: 4023


Rusiya Federasiyasının prezidenti Vladimr Putinlə İraqın baş naziri Maliki arasında telefon danışığı olub.

Etatist.com
rus mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı Maliki Putindən "İraq Şam İslam Dövləti"nə (İŞİD) qarşı əməliyyatlarda ona yardım etməsini istəyib.

Maliki bildirib ki, İŞİD təkcə İraq üçün deyil, bütün bölgə üçün ciddi təhlükədir. Hökumət başçısı ölkəsində başlayan böhran barədə də Putinə məlumat verib.

Rusiya prezidenti isə terrorçuların zərərsizləşdirilməsi istiqamətində İraqa kömək edəcəklərini bildirib.

Bəzi mənbələrə görə, Putin İraqa göndərmək üçün artıq xüsusi təyinatlı dəstənin hazırlanması üçün göstəriş verib. Onun, yaxın günlərdə İraqa ordu göndərəcəyi bildirilir.

Qeyd edək ki, İŞİD İraqın bir çox şəhərlərini tutub. Onlar əsas həəflərinin Bağdad olduğunu deyir. İraq ordusu İŞİD-ə qarşı bir çox əməliyyat aparsa da dünyanın ən varlı terror təşkilatı qarşısında tab gətirməyin asan olmayacağını Maliki çox yaxşı bilir. İŞİD İraqda aktivləşəndən bir neçə gün sonra şiələrin liderlərindən sayılan Sisyanı fətva verdi və şiələri silahlanmağa çağırdı. Bundan sonra İran İraqa İŞİD-ə qarşı döyüşmək üçün xüsusi təyinatlı dəstə yeritdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti