Gülər Əhmədovanın oğlunu əsgər apardılar

9-01-2013, 18:54
Oxunub: 3226


Keçmiş millət vəkili Gülər Əhmədovanın oğlu hərbi xidmətə aparılıb.

Bu barədə APA-ya G. Əhmədova özü məlumat verib. G. Əhmədovanın sözlərinə görə, oğlu Toğrul Əhmədov dünən hərbi xidmətə yola düşüb: "Hansı hərbi hissədə xidmət edəcəyini hələ bilmirik. Lakin əminəm ki, oğlum vətənə layiqincə xidmət edəcək”.


G. Əhmədova oğlunun əsgərliyə yola düşməzdən əvvəl atasına məktub yazdığını da bildirib: "Toğrulu hərbi xidmətə yola salıb evə qayıdanda masanın üstündə onun məktubunu gördük. Oğlum atasına yazıb: "Cənab zabit, Qarabağda müharibə başlasa, səni gözləyəcəm””.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü T. Əhmədov ABŞ-da təhsil alıb və təhsilini başa vurandan sonra bir müddət Maliyyə Nazirliyində çalışıb.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti