Putin Poroşenko ilə razılığa gəldi

20-06-2014, 10:11
Oxunub: 1857


Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.
 
"Ukrayna prezidenti ölkənin şərqindəki vəziyyətlə bağlı hazırladığı sülh planının əsas mövqelərini və həyata keçirilməsi qrafikindən danışıb. Poroşenko girovların dərhal buraxılması və Ukrayna-Rusiya sərhədində effektiv nəzarət sistemi yaradılmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilib.
 
Məlumatda qeyd olunub ki, Rusiya prezidenti də Donetsk və Luqansk vilayətlərində vəziyyətin nəzarət altına alınması, atəşkəs prosesini və Ukrayna prezidentinin sülh planının həyata keçirilməsini dəstəkləyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti