Bakıda tank mərmisi tapılıb

9-01-2013, 17:21
Oxunub: 918


Etatist.com-un Fövqəlladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda təmir-tikinti işləri aparılan ərazidə partlayış təhlükəli əşya aşkarlanmışdır.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin etmişlər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış əşyaya baxış keçirmişlər. Müəyyən olunmuşdur ki, bu, 1 ədəd 100 millimetrlik tank mərmisidir.

 

Mərmi zərərsizləşdirilmək üçün Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən götürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri xüsusi təlim keçmiş itlərlə əraziyə baxış keçirmişdir. Nəticədə, həmin ərazidə digər partlayış təhlükəli əşya aşkar olunmamışdır. Əməliyyat saat 13:45-də başa çatmışdır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti