Bərzani İrana gizli səfər edib

9-01-2013, 17:16
Oxunub: 2252


Şimali İraqda Bölgə Kürd Administrasiyasının baş naziri Neçirvan Bərzaninin İrana gizli səfər etdiyi məlum olub. APA-nın "Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə "Havlati” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, bir neçə saat davam etmiş səfərdə məqsəd İraq prezidenti Cəlal Tələbaninin yoxluğundan sonra ölkədəki böhranı müzakirə etmək olub. Qəzet səfərin detalları haqqında ətraflı məlumat verməsə də, ancaq N.Bərzaninin Şimali İraqdakı kürd qruplaşmalarına bir neçə qısa mesaj apardığını yazıb.

Xəbərdə İranın mesajlarının İraq, Suriya və Şimali İraqın inkişafı ilə bağlı olduğu və Şimali İraqdakı kürd qruplaşmalarının nümayəndələrinin keçirdiyi birgə yığıncaqda müzakirə edildiyi qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti