Əsgəri döyüb öldürüblər- FOTO/VİDEO

9-01-2013, 16:45
Oxunub: 3318


Ekspertiza rəyində "ürək çatışmazlıqı” yazılsa da, zorakılıq izləri aşkar görünür

Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubatov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Anası Samirə xanım isə "Azadlıq”a deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb. 
Mərhumun yaxınları "Azadlıq”a meyitin morqda lentə alınmış görüntülərini də təqdim ediblər. Video və fotolardan da görünür ki, mərhumun üzərində ciddi xəsarət izləri var.
Xırdalanda yaşamış 1994-cü il təvəllüdlü Ceyhun Qubatov 3 ayın əsgəri imiş. O, ailənin tək övladı olub. Atasını uşaqlıq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb.
Hadisə ilə bağlı mərhumun anasının danışdıqlarından ibarət relortajı "Azadlıq”ın 10 yanvar sayında oxuya biləcəksiniz.


Əsgəri döyüb öldürüblər- FOTO/VİDEO
Əsgəri döyüb öldürüblər- FOTO/VİDEO
Əsgəri döyüb öldürüblər- FOTO/VİDEO
Əsgəri döyüb öldürüblər- FOTO/VİDEO
Əsgəri döyüb öldürüblər- FOTO/VİDEO
Əsgəri döyüb öldürüblər- FOTO/VİDEO


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti