"İŞİD elə ölkələrlə əlaqədədir ki..." - Gizli məlumat

17-06-2014, 10:13
Oxunub: 1781


"İraq Şam İslam Dövləti" terror təşkilatına aid inanılmaz gizli məlumatlar ortaya çıxıb.
 
Axar.az xəbər verir ki, iraqlı komandirlərlə danışdıqdan bir neçə saat sonra Mosuldakı evinin yaxınlığında başı kəsilmiş olaraq tapılan kuryerin evindən təşkilatın ən gizli məlumatlarının olduğu 160 disk tapılıb.
 
"Abu Hajjar" üzvü olan və İŞİD-də öldürülən təşkilat liderlərindən Əbdulrəhman Əl-Bilaviyi qorumaq vəzifəsini yerinə yetirən kuryer olaylarla bağlı önəmli açıqlama vermişdi: "Mosul çox qısa zamanda cəhənnəmə dönəcək. Heç biriniz nə olduğunu anlamayacaqsınız".

Təşkilatın maliyyə qaynaqları, digər ölkələrdəki qərargahlarıyla əlaqədar bütün detallar, ali səviyyəli liderlərin məlumatları, təşkilatın istifadə etdiyi kod adları, qrupun maliyyə hesabları İraq komandirlərinin əlinə keçib.
 
İngilis qəzeti "Qardian"a danışan SİA kəşfiyyat işçilərindən biri, "Bu məlumatları gördüyümüzdə şoka düşdük. Təşkilatın əlaqədə olduğu elə ölkələrlə qarşılaşdıq ki, bu, çox qarışıq məsələdir", - deyə bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti