Biznesmenlər İzmirdə tədbirə qatılacaqlar

9-01-2013, 14:42
Oxunub: 967


Azərbaycanda fəaliyyət göstərən iş adamları İzmirdə (Türkiyə) keçiriləcək VII «Gəlin paltarı, bəy paltarı və ziyafət geyimi» sərgisində («IF Wedding Fashion Izmir») iştirak etməyə dəvət olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK)  verilən məlumata görə, fevralın 11-14-də keçiriləcək sərginin İşçi Heyəti Proqramı çərçivəsində brifinq, ikitərəfli görüşlər, sərgi stendləri ilə tanışlıq və istehsal şirkətlərinə baş çəkmək nəzərdə tutulub. Türkiyədə fəaliyyət göstərən şirkət və təşkilatlarla ikitərəfli görüşlərin keçirilməsi ticarət əlaqələrinin inkişafına təkan verəcək.
Sərgidə iştirak güzəştli şərtlərlə təklif olunur. Sərgidə iştirak etmək istəyənlər müraciət formasını dolduraraq yanvarın 25-dək ASK-ya müraciət edə bilər.

Qeyd edək ki, ötən il 14-ü xarici olmaqla 188 şirkətin qatıldığı sərgiyə ABŞ, Almaniya, Bolqarıstan, İtaliya, Birləşmiş Ərəb Əmirliklərinin tanınmış şirkətləri maraq göstərib. Dörd gün davam edən sərgidə bir sıra ölkə ilə ticarət əlaqələri qurmaq şansı yaranıb, 902 xarici alıcıların ziyarət etdiyi stendləri ümumilikdə 14 955 insanın görmək imkanı olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti