İŞİD: "Hər gün bir türk öldürəcəyik"

13-06-2014, 18:33
Oxunub: 1577


İraqda 32 türk sürücüsünü qaçıran İŞİD istədikləri 5 milyon dollarlıq girov ödənmədiyi təqdirdə hər gün bir sürücünü öldürəcəyi ilə təhdid edir.
 
İyun 10-da İŞİD terror təşkilatı 32 türk "TIR” sürücünü əsir götürmüşdü. Onların əvəzində ümumilikdə 5 milyon dollar girov istənilir. Əks təqdirdə, təşkilat hər gün bir sürücünü öldürəcəyi və "TIR”ı yandıracağı ilə təhdid edib.
 
Əsir sürücülərin bəzilərinin yaxınları Şimali İraqın Ərbil şəhərinə gələrək gedişatı buradan izləməyə başlayıblar. Ümidlə yol gözləyən ailələr sürücülərin azad edildiyinə dair çıxan yalan şayiələrə sərt reaksiya göstəriblər.
 
Bu arada isə Türkiyə Xarici İşlər Nazirliyi İraqdakı İŞİD böhranı ilə əlaqədar yenidən xəbərdarlıq edib. Nazirlik İraqdakı Türkiyə vətəndaşlarının təcili ölkəni tərk etmələrini istəyib.
 
Açıqlamada "fövqəladə hadisələrlə əlaqədar yenidən xəbərdarlıq edilmişdir” ifadəsi də yer alıb.
Publika.az
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti