İŞİD-in hərəkət planını amerikalılar iki gün öncə yaymışdılar

13-06-2014, 12:54
Oxunub: 3371
"İŞİD-in Mosul işğalı" başlığıyla 10 iyunda hazırlanan 11 səhifəlik təqdimatda İŞİD-in nəzarəti altında olan bölgələr, dəstək gördüyü şəhərlər və hədəfləri izah edilir


 

Amerika Düşüncə Mərkəzi İSİD-in İraqa hücumunu nəzarət altına alıb.

Etatist.com-un türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, "İŞİD-in Mosul işğalı" başlığıyla 10 iyunda hazırlanan 11 səhifəlik təqdimatda İŞİD-in nəzarəti altında olan bölgələr, dəstək gördüyü şəhərlər və hədəfləri izah edilir.

"Tomahawk" raketi dizayneri Reyton, F-16 istehsalçısı general Dinamiks, xüsusi hərbi şirkət "DynCorp" tərəfindən maliyyələşdirilən Düşüncə Mərkəzi üçün Cesika Levis və quruluçun İraq ordu lideri Əhməd Əli tərəfindən hazırlanan təqdimatda İŞİD`in 201-ci ildən bu yana İraq və Suriyadakı inkişafı araşdırılıb. Təşkilat ən çox Ninova şəhərində olan İraq ordusuna aid bölgələrə hücum edib.

Əsas hədəf Bağdaddır

İŞİD-in hərəkət planını amerikalılar iki gün öncə yaymışdılar

Düşüncə Mərkəzinin bildirdiyinə görə, İŞİD-in əsas hədəfi Bağdaddır. Mosulu ələ keçirən terrorçular Mosul-Bağdad yolunun üstündə olan iki şəhəri də ələ keçirdikdən sonra paytaxt Bağdada girəcəklər. Mərkəz bildirir ki, İŞİD hazırda bu planın üstündə işləyir.

İŞİD-in hərəkət planını amerikalılar iki gün öncə yaymışdılar

Qeyd edək ki, İŞİD terrorçuları Kərkükə də hücum ediblər. Hazırda kərküklülər Türkiyədən kömək gözləyir.


Onu da xatırladaq ki, iki gün öncə İŞİD terror təşkilatı Mosulu işğal etdiklərini rəsmən elan edib. Onlar türkiyə konsulluğuna da hücum edərək 2-si uşaq olmaqla 41 Türkiyə vətəndaşını əsir götürüb. Daha sonra açıqlama verən İŞİD liderlərindən biri "girovlar Şiə deyil, ona görə də sərbəst buraxılacaq" deyə bildirmişdi.

İŞİD-in hərəkət planını amerikalılar iki gün öncə yaymışdılar

Sonay

Etatist.com

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti