Mikayıl Cabbarov: "Dərslər sentyabrın 15-də başlayacaq"

12-06-2014, 13:09
Oxunub: 1309


Mikayıl Cabbarov: "Növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyiləm” 


 

Təhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq. Nazir qeyd edib ki, növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyil: "Hazırda nazirlikdə növbəti dərs ilinin tədris planı və təqvimi bağlı bir neçə variant hazırlanıb. Tədris ilinin uzadılması barədə qərar və bunun səbəbləri bir neçə dəfə diqqətə çatdırılıb”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti