ABŞ Ermənistana humanitar yardımı azaltdı

9-01-2013, 11:25
Oxunub: 2078


Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, 2011-ci ilin analoji dövrü ilə müqayisədə humanitar yardımın həcmi 2,9% və ya 2,5 mln. dollar azalıb.


Ermənistana ABŞ-dan göstərilən humanitar yardımın həcmi kəskin azalıb: 2011-ci ildə 21,1 mln. dollar təşkil edən bu göstərici 2012-ci ildə 12,4 mln. dollara enib. Avropa Birliyi Ermənistana 12 mln. dollar humanitar yardım edib ki, bu da 2011-ci illə müqayisədə 13,4% çoxdur.

Humanitar yardımın həcmi əsasən tibbi ləvazimatların azalması səbəbindən enib – 2011-ci ildə 22,4 mln. dollarlıq tibbi ləvazimatın müqabilində ötən il 16,5 mln. dollar tibbi ləvazimat alınıb. Bunun əvəzində Çindən idxal olunan avtobusların hesabına nəqliyyat vasitələrinin sayı illik müqayisədə kəskin artıb və 6,4 mln. dollardan 12,1 mln. dollara yüksəlib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti