Bakıda bomba həyəcanı...

5-06-2014, 14:39
Oxunub: 512


Yalandan bomba qoyulması xəbəri verən şəxs yaxalanıb.

 


Ötən gün saat 20 radələrində Xətai rayonunda bomba həyəcanı yaşanıb. 

Naməlum şəxs Xətai rayon Polis İdarəsinə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib.

Dərhal həmin ünvana baxış keçirilib. Lakin məlumat təsdiqini tapmayıb.

Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı verən sərxoş halda olan Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılov müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat zamanı Marat Qaynılov saxlanılıb./anspress
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti