Telman İsmayılov yəhudi komandasına sponsorluq edəcəkmi?

9-01-2013, 09:49
Oxunub: 4699


İsrailin terrorçuluğa qarşı mübarizə qərargahının xəbərdarlığına baxmayaraq, ölkənin «Beytar» adlı futbol Çençenistanın «Terek» klubu ilə yoldaşlıq oyunu keçirmək üçün yanvarın 9-da respublika paytaxtına səfər edib.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, israilli oyunçular orada sinaqoqun təməlqoyma mərasiminə də qatılacaqlar.
Mənbənin məlumatına görə, ötən ilin sentyabrında yəhudi milli bayramına Qüdsün valisi Nir Barkatı Rusiya Yəhudi Konqresi Moskvaya dəvət etmişdi. Dəvətlilər arasında tanınmış azərbaycanlı, dünya dağ yəhudiləri arasında ən varlı iş adamı Telman İsmayılov da olub. O, Çeçenistan «Terek»inin əsas sponsorudur.
N.Barkatla T.İsmayılov arasında «Beytar» ilə bağlı məsələ də müzakirə edilib. Mənbənin bildirdiyinə görə, İsrailin bu klubunun maliyyə durumu çox ağırdır. Onun sponsoru Arkadi Qaydamak komandanı maliyyələşdirmək gücündə olmadığını bildirməklə yanaşı, klubu satmaq niyyətində olmadığını bəyan etmişdi.

İsrailin idman şərhçiləri isə artıq Telman İsmayılov haqda «Beytar»ın gələcək yiyəsi kimi danışırlar.
Bütün hallarda Telman İsmayılovun da ilk sinaqoqun təməlqoyma mərasiminə qatılacağı və «Beytar» ilə «Terek»in oyununa da tamaşa edəcəyi gözlənilir. Bu ibadət evi 1900-cü ildə Çeçenistan paytaxtında mövcud olmuş aşkinazi sinaqoqunun yerində tikiləcək. O, ötən əsrin 30-cu illərində bağlanıb. Sonra oranı musiqi məktəbi ediblər. Çençenistandakı savaş zamanı sinaqoq uçub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti