Britaniya rəsmisi də Bakıya gəlir

2-06-2014, 19:19
Oxunub: 380


Böyük Britaniya parlamentinin icmalar palatasının üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanla ticarət əlaqələrinin inkişafı üzrə xüsusi nümayəndəsi Çarlz Hendrik Bakıya səfər edəcək.


Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin məqsədi ”Caspian Oil and Gas Exhibition 2014” sərgisində iştirak etməkdir.
 
Səfər çərçivəsində Ç.Hendrikin Azərbaycan prezidenti İlham Əliyevlə, habelə gənclər və idman naziri Azad Rəhimov, informasiya texnologiyaları naziri Əli Abbasov, ARDNŞ prezidenti Rövnəq Abdullayev və "bp” şirkətinin prezidenti Qordon Birell ilə görüşəcəyi gözlənilir.
 
Sabah sərginin açılışında Ç.Hendrik Britaniyanın baş naziri Devid Kemeronun məktubunu oxuyacaq.
 
Bölgələrlə tanışlıq məqsədilə Ç.Hendrikin həmçinin Qəbələyə səfəri planlaşdırılır. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti