Vahid Ələkbərov 500 milyon dollar ziyana düşdü

31-05-2014, 13:03
Oxunub: 1178


Rusiyanın ən iri özəl neft şirkətinin rəhbəri, azərbaycanlı oliqarx Vahid Ələkbərov bu ilin birinci rübündəki xaricdəki aktivlərinə görə təxminən yarım milyard dollar ziyan edib.

Virtualaz.org saytı Rusiya biznes-mediasına istinadən xəbər verir ki, "LUKoil” ötən ay ilk qeyri-profil aktivini - "Caspian İnvestment Resources Ltd” şirkətinin 50 faizlik səhmlərini Çinin "Sinopec” şirkətinə 1,2 milyard dollara satıb.

Lakin V.Ələkbərov üçün lazımsız aktivlərdən yaxa qurtarmaq heç də asan olmayıb. Bu ilin I rübündə "Caspian İnvestment Resources Ltd”dəki hissələrinin satışı nəticəsində "LUKoil” 358 milyon dollar ziyana düşüb. Daha 162 milyon dollarə isə Şimali Afrikadakı layihələr "yeyib”. Nəticədə bu ilin I rübündə "LUKoil”un təmiz gəliri 33 faizə yaxın azalıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti