İrandan Obamaya dəstək

8-01-2013, 16:11
Oxunub: 1039


İranın Xarici İşlər Nazirliyi ABŞ prezidenti Barak Obamanın ölkənin müdafiə naziri postuna sabiq respublikaçı senator Çak Heygelin namizədliyini irəli sürməsini müsbət qarşılayıb. Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst açıqlama verib.

O bildirib ki, Ç.Heygelin Pentaqonun yeni rəhbəri olması İran-ABŞ münasibətlərinə müsbət təsir edə bilər: "Ümid edirik ki, Çak Heygel ABŞ-ın müdafiə naziri vəzifəsinə təsdiq ediləcəyi halda iki ölkə arasında münasibət yaxşılığa doğru dəyişəcək”.

Qeyd edək ki, ABŞ-ın hazırkı müdafiə naziri Leon Panetta 2011-ci ilin iyulundan bu postda çalışır. L.Panetta 2012-ci ilin noyabrında təqaüdə çıxmaq niyyətində olduğunu açıqlayıb.

 

APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti