Gənclərdən parlamentə təpki

8-01-2013, 15:20
Oxunub: 2247
Parlamentdə gənclərə yer verilməməsi təpki yaratdı


Etatist.com Azərbaycan Respublikası parlamentinin rəsmi saytında aparmış olduğu araşdırma nəticəsində, aydın olmuşdur ki, ölkə əhalisinin 60 faizini gənclər təşkil etsə də Milli Məclisdə Azərbaycan qanunlarına əsasən bir nəfər belə gənc yoxdur. Belə ki, millət vəkillərinin doğum tarixlərinə əsasən yaşı 60-dan yuxarı 41 millət vəkilimiz, yaşı 50-60 arası olan 41, 30 yaşdan 35 yaşa qədər olan millət vakillərimizin sayı isə cəmi 4 nəfərdir.


Belə nəticəyə gəlmək olar ki, Milli Məclisdə Azərbaycan gənclərini təmsil edən heç kimsə yoxdur.
Ortaya belə bir sual çıxır; ölkənin 60 faizini təşkil edən gənclik 70 yaşında millət vəkillərinə səs verir?

 

"Milli Məclis, millətin məclisidir, cinsi məclis deyil"

Etatist.com-a açıqlamasında məsələyə münasibət bildirən Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, Azərbaycan gəncinin Milli Məclisdə təmsil olunmamasını, gənclərin yaşlı nəsil tərəfindən inkar edilməsilə əlaqələndirdi: "Mən hesab edirəm ki, parlamentdə 125 millət vəkilinin içərisində Azərbaycan gəncinə bir dənə də olsa yerin verilməməsi bu ölkədə çoxluq olaraq, bizi inkar etməkdən gəlir. Bu gün bu kimi ədalətsizliklərə görə, insanlar millət vəkillərini tanımaq əvəzinə Hollywood ulduzlarını və yaxud hansısa bir xarici millət vəkillərini tanımağa üstünlük verirlər."

Ş.Məcidzadə, gənclərin Milli Məclisdə təmsil olunan deputatlara səs vermədiyini bildirdi və dövləti düşünən insanları Milli Məclisdə və hökumət orqanlarında gənclərə yer verməyə çağırdı: "Bizim gənclərimiz gedib o insanlara səs verməyib. Biz gedib onlara səs versəydik, bir onların adlarını bilərdik. Buna görə də Azərbaycanda ciddi qütbləşmə gedir, çox ciddi savadsızlanma prosesi gedir. Çünki, Azərbaycan gəncləri ictimai-siyasi proseslərdə yer verilməməsindən ötrü bütöv bir beyin mərkəzi işlədiyini düşünürəm mən. Yoxsa bu ölkənin parlamentində nəyə görə 70 yaşında insanlara yer verilməlidir ki? Əlbəttə ki, bu heç bir məntiqə sığmır. Hətta orda olan 3 nəfər 30-35 yaş arası olan millət vəkilərinin də gənclər arasında nə qədər favorit olub olmamağını bilmək elə də çətin məsələ deyil. Əgər onlar həqiqətən də insanlar tərəfindən seçilibsə, onların nüfuz dairələri, daha geniş olmalıdır. Biz onları heç bir zaman geniş kütlələrin arasında görməmişik, həmişə qalın beton divarların arasında görmüşük. Gənclərin millət vəkili gənclərin arasında olar. Bu dövləti düşünən insanlar Milli Məclisdə gənclərin, savadlı, intellektual, bu dövləti qarşılıqsız sevən gənclərin olmasına imkan yaratmalıdır."


"Biz Milli Fikir Mərkəzi olaraq, "cinsi tərbiyəylə" bağlı məsələ qaldırmışdıq. Milli Məclisdə Sosial Siyasət Komitəsi keçən ilin oktyabrından üç məsələ qaldırıb, onların hamısı cinsiyyətlə bağlıdır. Əgər gənc olsaydı, o cinsəllikdən daha çox millətlə, milli ideallarla maraqlanardı. O ki, qaldı yaşlıya, o naliyyət əldə edib. Onu maraqlandıran sonuncu bir şey ola bilər, o da cinsəllik. Milli Məclis, millətin məclisidir, cinsi məclis deyil. Bunu xatırlatmaq üçün də gənclərə yer vermək lazımdır." MFM sədri belə bildirib.

Nəsimi rayonunda qeydiyyatda olduğunu bildirən Ş. Məcidzadə, dairəsindən olan millət vəkilini tanımadığını bildirdi.


"...onlar Azərbaycanda hər bir qərara təsir eləmək gücünə malikdir"

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı isə Azərbaycanda yaşlılar arasında Sovet dövründən qalma sturukturlaşmanın olduğunu bildirdi. 

Azərbaycan Parlamentinin 60 yaşını keçmiş insanların dövlət sturukturunda təmsil olunmaması haqqında qanun layihəsi hazırladığını ifadə edən R.Hacılı bu qanunun hələ də qüvvəyə minmədiyini vuröuladı.

"Azərbaycanda Sovet dövründən qalan, bir birinə hansısa vasitələrlə sıx bağlı olan, müdafiə edən böyük bir yaşlı şəbəkə mövcuddur ki, onlar Azərbaycanda verilən bütün qərarlarla müdaxilə eləmək gücündədir. Həmin o yaşlı təbəqənin gücünün nəticəsidir ki, bu gün Azərbaycanda gənclər kifayət qədər təmsil olunma imkanlarından məhrumdu. Hardasa ola bilər ki, desinlər ki, Azərbaycan gənci hansısa vəzifədədir. Bunlar istisna kimi edilir və o istisnanı da əllərində bayraq edirlər. Hansı ki, o istisna heç nəyə təsir etmək gücündə olmur. Sovet dövründə partiya daxili strukturlaşma var idi və orda insanlar bir birinə sıx bağlı idi, aralarında yaxşı münasibətlər var idi. O münasibətləri qoruyub saxlayıblar və onlar Azərbaycanda hər bir qərara təsir eləmək gücünə malikdir." Ramin Hacılı belə bildirib.

 R.Hacılı, Fizuli rayonunda qeydiyyatda olduğunu və millət vəkilini tanıdığını əlavə etdi: "Mən Fizuli rayonunda qeydiyyatdayam, orda deputat Bahar Muradovadır, Bakıda da Nizami rayonunda yaşayıram, orda da deputat Rövnəq Abdullayevdir. Hər ikisi də  çox məhşur adamlardır".

 

"Hökumətin tərkibində vəziyyət daha ağırdır"

Müsbət Dəyişiklik Gənclər Hərəkatının sədri Bəxtiyar Hacıyev 2010-cu ildə deputatlığa namizədliyini verdiyini lakin, süni əngəllər yaradıldığını bildirdi: "Şəffaf və ədalətli seçkilər olsaydı çox güman ki, gənclər arasında da Milli Məclisdə təmsil olunan insanlar olardı. Mən özüm də 2010-cu ildə namizədliyimi irəli sürmüşdüm, amma süni əngəllər yaradıldı. Problem təkcə Milli Məclisdə deyil. Siz baxsanız hökumətin tərkibinə, orda vəziyyət daha ağırdır. Bir nəfər gənc nazir və ya nazir müavini tapmaq çətin məsələdi. Bu problemdi və bu problemi də süni yolla həll etmək olmaz. Sadəcə olaraq, elə bir şərait yaratmaq lazımdır ki, Milli Məclisdə təmsil olunmaq istəyən və təmsil olmağa layiq olan gənclər üzə çıxa bilsin".
B.Hacıyev Yasamal rayonundan namizədliyini irəli sürdüyünü və rəqib olduqlarına görə, indiki millət vəkilini tanıdığını bildirdi.
 

"Bizim bir layihəmiz var, Yasamal rayonunda yaşayan insanların problemlərilə bağlı zənglər qəbul edirik və şikayətləri millət vəkillərinə ünvanlayırıq. Yəni, seçkinin  nəticələri ilə razılaşmasaq da biz həmin insanlarla işləməyə davam edirik." Bəxtiyar Hacıyev belə deyib.

Şərhlər : 3 Şərh yaz
iuzit 8 yanvar 2013 19:29  
Genjlerin 1000000 manat olana geder Yaslari 50 ni kechir.O uzden Azerbaijan parlamentinde(zooparkinda)genj aslanlar yoxdur.
iuzit 8 yanvar 2013 19:33  
Nezaman genj aslanlarin 1000000 manatlig serveti olar,onda genjler Parlamentde temsil olmag uchun Ramiz akadan vesigeni ala bilerler.Gusura baxmayin indi bu zooparkda goja Aslanlarin yeridir.
fehle diplomat 10 yanvar 2013 23:00  
Narahat olmuyun belkem pir.namizedliye veresiz .16yasinda usaq AZERBAYCANI idareede bilir siz yox.milletimiz millet olsa sozunu biryere qoya Ibiside Ramizide yerinde otuzdurmaq olar.baxirbele hamisi milletin sesicixmir.bizim millete Ramizkimiside azdi Hitler lazimdi Hecnede olmuyacaq baxarsiz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti