Səttar Mehbalıyevə yüksək vəzifə

23-05-2014, 18:27
Oxunub: 5298


Mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üçüncü qurultayı keçirilib.

Etatist.com
AzərTAc-a istinadla xəbər verir ki, qurultayın açılış mərasimində BHİK-in prezidenti Jau Felisio, Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer, Birləşmiş Millətlər Təşkilatını təmsil edən BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark və başqaları çıxış ediblər.  

Qurultayda Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti də iştirak edib.   Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər orqanları seçilib.  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.
Şərhlər : 2 Şərh yaz
Rafiq 24 may 2014 00:59  
Məgər Azərbaycanda həmkarlar təşkilatı var. Mehbalıyev həmeşə dövlətin yanında olub, xalqın yox.Dünya bunu görmür məgər?
Октай Гусейнов 24 may 2014 03:28  
Tebrik edirem!
Goy Azerbaycanin sesi Settar muallimin sifetinde o teskilatda daha yukseklerden gelsin
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti