Silah gətirənlər apellyasiyaya şikayət verdilər

8-01-2013, 13:43
Oxunub: 3329


Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan sərhədlərini qanunsuz olaraq keçməkdə, İrandan Azərbaycana silah gətirməkdə ittiham olunan İran vətəndaşları Abtin Məhəmmədəli Əbdülrəhman, Asadi Darmanaki Vahid Ələsgər, Azərbaycan vətəndaşları - Xanməmmədov Elçin Nurəhməd oğlu, Quliyev Mintay Oqtay oğlunun apellyasiya şikayətləri əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.
Prosesdə məhkəmə baxışı yanvarın 17-nə təyin edilib.

 

Qeyd edək ki, dəstə üzvləri Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 228.2.1 və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham ediliblər.


İttihama görə, dəstə üzvləri İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə küllü miqdarda silah və sursat keçirərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abtin Məhəmmədəli 10 il 6 ay, Asadi Darmanaki 10 il, Elçin Xanməmmədov 6 il 6 ay, Mintay Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti