Rusiyada miqrantların şoka salan siyahısı

21-05-2014, 21:02
Oxunub: 2886


Rusiyada 11 milyondan artıq xarici vətəndaş var və onların böyük hissəsi əmək fəaliyyəti ilə məşğuldur.


Bu barədə Dövlət Dumasında çıxışı zamanı Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski bildirib. 

Onun sözlərinə görə, əmək miqrantlarının təxminən 3,7 milyonu qanunsuz çalışanlardır. "Bu sayın 40%-i yaşı 17-29 arasında dəyişən gənclərdir. Bu gənclər rusca pis danışırlar və Rusiya cəmiyyətinə uyğunlaşmayıblar”, - deyə FMX rəhbəri vurğulayıb.

O bildirib ki, 2010-cu ildən 2013-cü ilə kimi Rusiyaya gələn xaricilərin sayı 40% artıb. Konstantin Romodanovskinin sözlərinə görə, Rusiya gələn xaricilərin 75%-i MDB ölkələrinin vətəndaşlarıdır./anspress
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti