Zakir Həsənov Rusiyaya niyə gedir?

21-05-2014, 10:52
Oxunub: 1366


Zakir Həsənov Rusiya və İran müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirəcək.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə mayın 23-24-də Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı Z. Həsənovun S. Şoyqu və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti