Almaniyada Ərdoğana qarşı kampaniya

21-05-2014, 10:41
Oxunub: 489
"Erdogan Non Grata"


Almaniya və Türkiyə siyasətçiləri Türkiyənin baş naziriyi Rəcəb Tayyib Ərdoğanın 23-24 mayda seçki kampaniyası ilə bağlı Almaniyaya səfərinə qarşı çıxıb.

Etatist.com bildirir ki, alman mətbuatı da bu etiraza dəstək verir. "Türkiyə ilə əlaqələr yenidən nəzərdən keçirilməli, demokratik güclər dəstəklənməlidir"- deyə alman mətbuatı yazır.

"Erdogan Non Grata"

Ərdoğanın səfərinə etiraz edən Almaniya vətəndaşları facebook`da Ərdoğana qarşı kampaniyaya başlayıb. "Erdogan Non Grata" adlı səhifə açan almanlar qısa müddətdə səhifəyə minlərlə üzv yığa bilib. 

"İstənilməyən adam" mənasını verən "Persona non grata" ifadəsinə istinad edilərək açılan səhifədə Ərdoğana qarşı geniş etiraz yazıları, videolar, fotolar paylaşılır. Paylaşımlar arasında ən çox maraq görənlər Ərdoğanın mediaya təzyiqi, baş nazirin müşavirinin vətəndaşı təpikləməsi, Ərdoğanın vətəndaşa sillə vurması və ötən il keçirdiyi mitinqdə yaşlı bir qadının Ərdoğan haqqında heyranlıqla dilə gətirilməyəcək sözlər deməsidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti