ABŞ Rusiyaya qarşı daha bir sanksiya tətbiq etdi

16-05-2014, 11:32
Oxunub: 668


ABŞ hökuməti Rusiyaya texnika, təyyarə və onun hissələrini satışı qadağasından sonra daha bir sanksiyanı həyata keçirməyi planlaşdırır.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ABŞ-hökuməti Rusiyanın "Rosoboronaekspert” şirkəti ilə olan müqavilələrini dondurub. 

Layihə bu gün ABŞ Senatında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, "Rosoboronaekspert” şirkəti silah alqı-satqısı ilə məşğul olan Rusiya şirkətidir.
Layihənin təşəbbüskarı olan Senat Con Korninin sözlərinə görə, ABŞ və Qərb Rusiyanı beynəlxalq texnologiyadan tam təcrid etməyi planlaşdırır. Korni deyib ki, bu halda, bir neçə il ötdükdən sonra Rusiyaya çox mənfi təsir göstərəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti