Bir gecəyə iki yanğın

8-01-2013, 09:49
Oxunub: 826


Etatist.com-un Fövqalladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Mahmudlu kəndində vətəndaşa məxsus həyət yanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan bərbərxananın lambirindən ibarət tavanı 2 kv.m sahədə yanmışdır. Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti