İran təyyarələrini yanacaqla təmin edə bilmir

8-01-2013, 09:41
Oxunub: 1360


Yanvarın 7-də İranda aviareyslərin çoxu uçuşu təxirə salıb.

 Buna səbəb özəl şirkətlərin Neft Nazirliyinə borclu olması ucbatından aviasiya benzini ilə təmin edilməmələri göstərilir. Hökumətin məlumatına əsasən, özəl şirkətlərin nazirliyə 150 milyon dollara yaxın borcu var. Şirkət təmsilçiləri öz növbəsində bildirib ki, aviayanacaq bahalaşdığından onlar benzinin pulunu ödəyə bilmir. 

Xatırladaq ki, İranın neft naziri Rüstəm Qasimi parlamentdə çıxışı zamanı deyib: "Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalar son 9 ayda İranın neft ixracının 40 faiz, neft gəlirlərinin 45 faiz aşağı düşməsinə səbəb olub".


Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti beynəlxalq sanksiyaların ölkənin neft ixracına təsir etmədiyini bəyan edirdi. Avropa Birliyinin İran neftinin ixracına qoyduğu qadağa 2012-ci il iyulun 1-də qüvvəyə minib. Avropa Birliyi və ABŞ bu sanksiyalarla Tehranın nüvə proqramını dayandırmaq niyyətindəd

 

Lent.az

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti