Ovçu ovçunu güllələdi

7-01-2013, 22:16
Oxunub: 1935


Zərdab rayonunda ov zamanı faciə baş verib. Zərdab rayon polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Yuxarı Seyidlər kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri 1986-cı il təvəllüdlü Mustafayev Bəhman Mehman oğlu və 1988-ci il təvəllüdlü Abbasov Ceyhun Baris oğlu ova yollanıblar. Axşam saat 18:30 radələrində C. Abbasovun ov tüfəngindən açdığı atəş nəticəsində B. Mustafayev hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti