ABŞ-dan Putinin Krım səfərinə sərt reaksiya

10-05-2014, 11:59
Oxunub: 939


ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Krıma səfərini yersiz və təxribatçı adlandırıb.

Etatist.com-un APA-ya istinadən məlumatına görə, Departamentin mətbuat katibi Cen Psaki bəyan edib ki, Krım Ukraynaya məxsusdur və ABŞ Rusiyanın addımlarını qanunsuz və qeyri-legitim sayır.

NATO-nun baş katibi Andres Foq Rasmussen isə Rusiyanın Ukrayna ilə bağlı addımlarını "sərhədləri aşan, məsuliyyətsiz və qeyri-legitim" adlandırıb. O, Tallin Universitetindəki çıxışında beynəlxalq hüququn Krımı Ukraynanın bir parçası hesab etdiyini bildirib. NATO baş katibinin sözlərinə görə, Rusiya Avropada və Avroatlantik məkanda qeyri-müəyyənlik, qeyri-sabitlik yaradıb.

Qeyd edək ki, mayın 9-u Vladimir Putin Sevastopola səfər edib və İkinci Dünya müharibəsindəki qələbənin 69-cu ildönümünə həsr olunmuş parada baxıb. Daha sonra Rusiya prezidenti təbrik çıxışı edib.

Vladimir Putinin Krıma səfərini Avropa Birliyi də pisləyib. Ukrayna XİN isə Vladimir Putinin bu ölkənin ərazisinə səfərinə etiraz edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti