İlham Əliyev sərəncam imzaladı

7-05-2014, 16:26
Oxunub: 2660


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mireya Aquero de Korralesin "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Etatist.com
bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korrales "Dostluq” ordeni ilə təltif edilsin.
 
Şərhlər : 1 Şərh yaz
vidadi 8 may 2014 09:53  
Şükürlər olsun.Hondurası da beləcə yola verdik.İndi növbədə Barbados və Antiguadır.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti