Rusiyanın hərbi dəniz donanması Xəzərdə hərəkətə keçdi

6-05-2014, 21:07
Oxunub: 3168


Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması Xəzər dənizində hərbi təlimlərə başlayıb. 


Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, təlimlərin bir hissəsi Azərbaycanın dəniz sərhədləri yaxınlığında – Mahaçqala atış sahəsində keçirilir.   

Əvvəlcədən planlaşdırılmamış təlim qəfil verilmiş göstəriş əsasında başlayıb. Rusiyanın Xəzər Donanmasının komandanı, vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilən təlimə 20 hərbi gəmi və təminat gəmisi cəlb edilib. 

Donanmanın raket və artilleriya gəmilərinin heyəti dəniz, sahil və hava hədəfləri üzrə müxtəlif raket və artilleriya atışları, tral gəmiləri isə mina maneələrinin aradan qaldırılması ilə qarşıya qoyulan məsələləri yerinə yetirəcək. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti