Azərbaycanda min körpədən 10-u ölür

7-01-2013, 19:20
Oxunub: 1040


Keçən il Azərbaycanda hər 1000 körpədən orta hesabla 10,8 körpə ölüb.

Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2003-cü ildə bu göstərici hər 1000 körpəyə 16,7 körpə olub.


Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva deyib ki, ötən illərlə müqayisədə ana və uşaq ölümü halları xeyli azalıb. O bildirib ki, keçən il 26 ana ölümü hadisəsi baş verib, onların hamısı Doğuşayardım Komissiyası tərəfindən müzakirə edilib və müvafiq tədbirlər görülüb. 19 tibb işçisi tutduğu vəzifədən azad edilib, 75 tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb və onlar təkmilləşdirmə kurslarına göndəriliblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti