Evi su basdı

7-01-2013, 16:40
Oxunub: 975


Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisini su basmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilmişdir. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, binanın istilik sistemində baş vermiş qəza səbəbindən zirzəmini su basmış və həmin vaxt orada olan 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zirzəmiyə daxil olmuş və vətəndaşı xilas etmişlər. Əməliyyat saat 11:26-da başa çatmışdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti