Hərbi hissədə daha bir cinayət

7-01-2013, 14:22
Oxunub: 2436


Bu gün saat 11:30 radələrində Qazax rayonunun Cəfərli kəndindəki N saylı hərbi hissədə silahlı insident baş verib. Yevlax rayon Hərbi Komissarlığdan çağrılmış 1994-cü il təvəllüdlü Vahid Telman oğlu Ağabalazadə əsgər yoldaşı Yevlaxdan çağrılan 1993-cü il təvəllüdlü Ruslan Mirzə oğlu Şahbazovu güllələyib. Baş nahiyyəsindən ağır yaralanan əsgər Ruslan Şahbazov hospitala yerləşdirilib. 

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir. Hələlik insidentlə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.

ans press

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti