Üç ayın əsgəri dünyasını dəyişdi

7-01-2013, 12:01
Oxunub: 3130


Azərbaycan Ordusu daha bir əsgərini itirib. Hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb. 

Həmin hərbi hissədə xidmət edən, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadov postda olarkən dünyasını dəyişib. İlkin ehtimala görə, C. Qubadov ürək tutmasından vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirib ki, əsgər ötən gecə saat 00.35 radələrində qəflətən dünyasını dəyişib. Ölümün səbəbi araşdırılır.

Qeyd edək ki, C. Qubadov 2012-ci ilin oktyabrında Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

apa

Şərhlər : 1 Şərh yaz
sahin 14 noyabr 2013 22:59  
nece yeni oldu ordunun tibb xidmeti hara baxir
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti