Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı

23-04-2014, 15:43
Oxunub: 1865


Rusiyanın hərbi dəniz donanması Xəzərdə əvvəlcədən elan olunmayan hərbi manevrələrə başlayıb.

Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu gündən başlayan hərbi manevrlər bir həftə davam edəcək. Təlimlərdə Rusiyanın Xəzər donanmasının 10 gəmisi və 400-dən çox dənizçisi iştirak edir.

Qeyd edək ki, Rusiya Ukrayna ilə bağlı gərginliyin yaranmasından sonra bu cür qəfil hərbi manevrləri artırıb. Krıma xüsusi təyinatlıların yeridilməsinin ardınca Rusiyanın iri hərbi kontingenti Ukrayna ilə sərhədlərdə irimiqyaslı təlimlər keçirdi. Manevrlərə qatılan qoşun qruplaşmalarının əsas hissəsi hələ də Ukrayna ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətindədir. Həmçinin Rusiya ABŞ-ın Florida sahillərinə iki atom sualtı qayığı və onları müşaiyət edən nəhəng yedək gəmisi göndərib. Eyni vaxtda Rusiyanın nüvə raketləri daşıyan strateji aviasiyası Yaponiyanın hava məkanının yaxınlığında günlərlə uçuşlar həyata keçirib.

Rusiyanın Xəzər donanmasının hərbi təlimlərə hazırlaşdığı barədə aprelin 10-da "İnterfaks” agentliyi Cənub Hərbi Dairəsindəki mənbələrə istinadən xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, hərbi təlimlərdə gəmilərin ekipaj üzvləri həm havadan edilən hücumları, həm də şərti düşmən gəmilərini zərərsizləşdirmək üçün müxtəlif manevrlər həyata keçiricəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti