"e-imza" xidməti yaradılacaq

7-01-2013, 12:01
Oxunub: 1628


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanmış «Elektron hökumət» bülleteninin ilk sayı dərc olunub.
Nazirlikdən verilən məlumata görə, bülleten ölkədə elektron hökumətin formalaşması istiqamətində görülən və nəzərdə tutulan işləri, elektron hökumət layihələri haqqında məlumatları, o cümlədən elektron xidmətlərin sayını, onlardan istifadə və s. müqayisəli statistikanı təqdim etməyi, ictimaiyyəti məlumatlandırmağı nəzərdə tutur. Bundan başqa yeni təqdim olunacaq elektron xidmətlərin şərh olunması, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin analizi və təqdimatlarının işıqlandırılması planlaşdırılıb.

Bülletendə həmçinin «Elektron hökumət» portalında yerləşdirilmiş elektron xidmətlərin, ən çox istifadə olunan xidmətlərin, elektron xidmətlərdən istifadə barədə verilən elektron imza sertifikatlarının sayı haqqında statistik məlumatlar verilib. Ötən ilin dekabr ayı ərzində elektron hökumət portalı vasitəsilə 1 800-dən artıq elektron xidmətdən 8 min dəfə istifadə olunub.

Hazırda mobil «e-imza» xidmətlərinin yaradılması üzərində işlər davam etdirilir və bülletendə mobil «e-imza» xidmətlərinin 2013-cü ilin I rübündə istifadəyə veriləcəyi barədə məlumat verilib.

 

 

APA 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti