İran yardım istədi

7-01-2013, 11:29
Oxunub: 2260


"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın konstruktiv mövqeyindən faydalanaraq qaydalar çərçivəsində ölkəmizin nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılmasına dəstək verməlidir”. APA-nın məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbası jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müzakirələrdə bəzi məsələlərdə razılaşmaq üçün göstərdiyi səyləri nəzərə alaraq, nüvə proqramı ilə bağlı yaranmış problemin həll olunması üçün İranın agentlikdən də gözləntisi var: "İran AEBA-nın qaydalar çərçivəsində öz öhdəliklərini müzakirələr əsnasında yerinə yetirməsini vacib sayır. İran nüvə haqqından əsla geri addım atmayacaq və Nüvə silahlarının yayılmasının qarşısının alınması Andlaşması (NPT) çərçivəsində fəaliyyətlərini davam etdirəcək”.

F.Abbasi həmçinin Buşəhr Atom-Elektrik Stansiyasında təhlükəsizliyin tamamilə təmin olunduğunu və obyektə İranın Atom Enerjisi Təşkilatı tərəfindən davamlı şəkildə nəzarət edildiyini vurğulayıb: "İranın nüvə alimlərinin özləri və ailələrinin təhlükəsizliyi isə təhlükəsizlik qüvvələri, İran İslam İnqilabı Keşikçilər Korpusu ("Sepah”) və İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi tərəfindən qorunur. Artıq İran nüvə alimlərinə qarşı terror aktı həyata keçirən bir çox qrup deşifrə edilib”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti