ABŞ-da nazir məsələsi

7-01-2013, 11:07
Oxunub: 907


ABŞ prezidenti Barak Obama bu gün müdafiə naziri vəzifəsinə Çak Heygelin namizədliyini irəli sürə bilər. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, 66 yaşlı Çak Heygel müxalif Respublikaçılar Partiyasını təmsil edir və Vyetnam müharibəsinin veteranıdır.

Onun namizədliyinin irəli sürülməsi ehtimalı ətrafında artıq qızğın mübahisələr başlayıb. Nə qədər qəribə olsa da, Çak Heygelin namizədliyinə qarşı çıxanlar partiyadaşları, eləcə də, ABŞ-da İsrailin maraqlarını müdafiə edən lobbi təşkilatlarıdır. Onların fikrincə, Heygel antisemitdir və israilliləri kifayət qədər müdafiə etmir. Bundan başqa, onu İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxdığına görə də tənqid edirlər. Senatdakı respublikaçı azlığın lideri Mitç Makkonnell bu gün bəyan edib ki, Çay Heygelin İran və İsraillə bağlı mövqeyi dərindən öyrənilməlidir. O, ABC telekanalına müsahibəsində deyib ki, Pentaqonun yeni rəhbəri ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqi ilə qarşılıqlı əlaqələrinin dərinliyini, eləcə də, Tehranın nüvə proqramından gələn təhlükəni tam anlamalıdır. "Mən bilmək istərdim ki, o, bunu başa düşürmü”, - senator deyib.

Yeri gəlmişkən, Barak Obama ötən ilin sonunda Çak Heygeli "Senatda işini əla yerinə yetirən və Vyetnamda öz ölkəsinə qulluq edən vətənpərvər” kimi xarakterizə edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti