Bakıda atışma olub- YENİLƏNİB

7-01-2013, 10:19
Oxunub: 1813


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə ötən gecə Balaxanı qəsəbəsində qeydə alınıb.

 

İki qrup arasında baş verən davada odlu silahdan və bıçaqdan istifadə edilib. Nəticədə Bakı şəhər sakinləri – Sadiq Musayev və Elçin Əliyev güllə yarası alıblar. Elxan Bayramzadə isə bıçaqlanaraq qətlə yetirilib.

 

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin digər iştirakçıları da müəyyənləşib. Məlum olub ki, davada yuxarıda adı çəkilən şəxslərdən başqa, Bakı şəhər sakinləri - Tahir Musayev, Əsəd Əliyev, onun qardaşları Teymur və Seymur Əliyevlər, həmçinin Ə. Əliyevin oğlu Məhəmməd Əliyev də iştirak edib. Hadisə iştirakçılarından bir neçəsi saxlanıb. Hazırda hadisənin digər iştirakçılarının tutulması istiqamətində tədbirlər davam etdirilir.

 

Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

*** 

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda iki qrup arasında baş verən atışma ilə bağlı məlumat yayıb.


Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 6 yanvar saat 18:00 radələrində Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində "Makarov” tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atış açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaq xəsarətləri yetiriblər. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, E. Əliyev və E. Bayramzadə aldıqları xəsarətdən orada dünyasını dəyişiblər. S. Musayev isə yardım alaraq evə buraxılıb.

 

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə. Əliyev və M. Əliyev tutulub. Onlardan "Makarov” tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S. Əliyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.


 

apa
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti