İsmayıllıda ev yandı

7-01-2013, 10:16
Oxunub: 1024


İsmayıllı rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə yanvarın 7-də gecə saat 4:30 radələrində şəhərin Tofiq İsmayılov küçəsində, 5 saylı ünvanda qeydə alınıb. 1972-ci il təvəllüdlü Məhərrəmov Haqverdi Şəmi oğluna məxsus ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli 2 otaqlı evin 1 otağı içərisindəki əşyalarla birgə yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb edilib və evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil, faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti