Koreya sularında ikinci "Titanik" faciəsi

16-04-2014, 10:34
Oxunub: 544
Qurtarılan sərnişinlər gəmi batmazdan əvvəl böyük bir çarpma səsi və səs-küy eşitdiklərini ifadə ediblər


Cənubi Koreyada əksəriyyəti məktəb gəzintisinə gedən tələbələr və müəllimlərdən ibarət dəniz yolçularını daşıyanı gəmi göyərtəsindəki 470 nəfər adamla birlikdə suya gömülüb. 

Musavat.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, xilasedicilər 147 sərnişini sahilə çıxarıb, 1 sərnişin ölü tapılıb.
 
Hadisə Koreya yarımadasının cənub sahillərinin 100 kilometrliyində meydana gəlib. Əksəriyyəti tətilə gedən şagird və müəllimləri Jeju adasına aparan bərə hələlik bilinməyən bir səbəblə batmağa başlayıb. Gəminin imdad siqnalı göndərməsindən sonra bölgəyə onlarla vertolyot və xilasetmə gəmisi göndərilib. Sahil təhlükəsizlik xidməti batmaqda olan gəmidən 147 sərnişini xilas edə bilib. Digər sərnişinlər haqqında dəqiq bir məlumat verilməyib. Sərnişinlərdən 325-nin şagird və müəllimlər olduğu bildirilib.
 
Qurtarılan sərnişinlər gəmi batmazdan əvvəl böyük bir çarpma səsi və səs-küy eşitdiklərini ifadə ediblər. Xilasetmə işləri davam edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti